`Ən böyük rus diasporu Azərbaycandadır` - Kiril


19:08     22 Noyabr 2016 krill.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvada patriarx Kirillə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.


Femida.az xəbər verir ki, bu barədə “Rİa Novosti” məlumat yayıb.

“Qarabağdakı vəziyyət hamı üçün, həm müsəlmanlar, həm də xristianlar üçün acıdır. Biz bu münaqişənin dini səviyəyə keçməməsi üçün sizin göstərdiyiniz səyləri yüksək qiymətləndiririk. Siz bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün səylərinizi göstərirsiniz”, - deyə Paşazadə bildirib.

Öz növbəsində Moskva və bütün Rusiyanın patriarxı vurğulayıb ki, Rus kiləsi Qafqaz Müsəlmanları İdarəsinin birgə səyləri nəticəsində konfliktin radikallaşmasının qarşısı alınıb.

Patriarx, həmçinin Rus pravoslav Kilsəsinin Bakı-Azərbaycan İyerarxiyasının dəstəklənməsinə görə Azərbaycan hakimiyyəti və ölkədəki müsəlman icmasına öz təşəkkürünü bildirib: O, ən böyük rus diasporunun Azərbaycanda olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 982